“Yuventus”un hücumçusu Duşan Vlaxoviç karyerasını “Çelsi”də davam etdirə bilər.
Məşhur italiyalı insayder Fabritsio Romanonun məlumatına görə, turinlilər serbiyalı hücumçunu Londona göndərməyə hazırdır. Sadəcə, İtaliya təmsilçisi qarşı tərəfdən Romelu Lukakunun Turinə gəlməsini istəyir. Amma bununla kifayətlənməyən “Yuve” Vlahoviçə görə də “Çelsi”dən 40 milyon avro də tələb edir. Xatırladaq ki, Lukaku ötən mövsüm icarə əsasında “İnter”də çıxış etmişdi. Belçikalı hücumçu Milan klubunun heyətində 37 oyuna 14 qol və 7 məhsuldar ötürmə ilə yadda qalmışdı. Vlahoviç isə “Yuventus”un heyətində keçirdiyi 42 oyunda 14 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.